Fransada davam edən güclü isti hava dalğası enerji istehsalına da təsir göstərib. EDF şirkəti “Golfech, “Bugey” və “Nogent-sur-Seine” stansiyalarında yerləşən üç nüvə reaktorunun fəaliyyətini müvəqqəti dayandırıb.
"Unikal" xəbər verir ki, bundan əlavə, “Saint-Alban” stansiyasında da istehsalın azaldılması qərara alınıb.
Fransada nüvə stansiyaları soyutma sistemi üçün çay və ya çay axınlarından istifadə edir. Güclü istilər zamanı bu suların temperaturu artdığından, reaktorların fəaliyyəti məhdudlaşdırıla və ya tam dayandırıla bilər. Məqsəd isti suyun yenidən çaylara buraxılması nəticəsində ekosistemə zərərin qarşısını almaqdır.
Ölkədə fəaliyyət göstərən 57 nüvə reaktorunun işi ciddi ekoloji qaydalarla tənzimlənir. “Golfech” stansiyasında çayın temperaturu 28°C-ni keçməməlidir. “Nogent-sur-Seine” stansiyasında isə Sena çayının temperatur artımı yuxarı və aşağı axın arasında 3°C-dən çox olmamalı və orta temperatur 28°C-ni keçməməlidir.













.jpg)

.jpg)
























.jpg)
















