ABŞ-də keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin növbəti oyunu baş tutub.

"Unikal" xəbər verir ki, Boston şəhərində yerləşən stadionda keçirilən I qrupunun III tur görüşündə Fransa millisi Norveç seçməsini 4:1 hesabı ilə məğlub edib.

Qrupu ikinci pillədə başa vuran Norveç pley-off mərhələsində Kot-d'İvuar millisi ilə qarşılaşacaq. Qrup qalibi Fransa yığmasının növbəti mərhələdəki rəqibi isə hələ müəyyənləşməyib.

Toronto şəhərində baş tutan digər III tur matçında Seneqal millisi İraq seçməsini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrup mərhələsini xalsız başa vuran İraq millisi dünya çempionatı ilə vidalaşıb.