Şabran rayonunda itkin düşən şəxsin meyiti göldə tapılıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib.

İtkin düşən Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb.

Faktla bağlı araşdırma aparılır.