Karate üzrə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən, beynəlxalq turnirlərin qalibi Zəhra Salmanlı idman sahəsində qazandığı möhtəşəm uğurlarla yanaşı, sağlamlığını da etibarlı əllərə həvalə edir.
"Unikal" xəbər verir ki, Zəhra Salmanlı karate üzrə bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, qızıl medal və diplomlarla təltif olunub. Yarışlar zamanı erməni idmançı üzərində qazandığı qələbə isə onun əzmkarlığını, peşəkarlığını və vətənpərvər ruhunu bir daha nümayiş etdirib.
Peşəkar idmançı olaraq sağlamlığını daim diqqətdə saxlayan Zəhra Salmanlı mütəmadi profilaktik müayinələrdən keçir və bu sahədə Diaqnoz Tibb Mərkəzinə etibar edir. O, xüsusilə Nevroloq Dr. Nilufər Salmanovanın peşəkarlığından və göstərdiyi diqqətli yanaşmadan məmnunluğunu ifadə edib.
Zəhra Salmanlının ürək sözləri: “İdmanda uğur qazanmaq üçün sağlamlıq hər şeydən önəmlidir. Diaqnoz Tibb Mərkəzində özümü hər zaman etibarlı əllərdə hiss edirəm. Dr. Nilufər Salmanovaya peşəkar yanaşmasına, diqqətinə və qayğısına görə təşəkkür edirəm.”
Diaqnoz Tibb Mərkəzi olaraq Zəhra Salmanlıya gələcək beynəlxalq yarışlarda yeni qələbələr, idman karyerasında daha böyük nailiyyətlər və təhsil həyatında davamlı uğurlar arzulayırıq. Azərbaycan bayrağını hər zaman ən yüksək zirvələrdə dalğalandırmağınızı diləyirik!













































.jpg)











