Avropa İttifaqı Çin istehsalı olan plug-in hibrid avtomobillərə əlavə rüsumların tətbiqinə hazırlaşır.
"Unikal" xəbər verir ki, "Handelsblatt" nəşrinin yaydığı məlumata görə, Avropa Komissiyası Çin avtomobil istehsalçılarına qarşı kompensasiyaedici tariflərin tətbiqi istiqamətində hazırlıq işlərini tamamlayıb. Qərarın qüvvəyə minməsi üçün Aİ-yə üzv ölkələrin əksəriyyətinin razılığı tələb olunur.
Məlumata əsasən, yeni rüsumlar əsasən Çin istehsalı olan plug-in hibrid modelləri əhatə edəcək. Avropa rəsmiləri hesab edirlər ki, Çin şirkətləri dövlət dəstəyi və subsidiyalar hesabına Avropa bazarında haqsız rəqabət üstünlüyü qazanırlar.
Qeyd edək ki, Avropa İttifaqı 2024-cü ildən etibarən Çin istehsalı olan elektromobillərə əlavə rüsumlar tətbiq edib. Yeni qərar qəbul olunarsa, məhdudiyyətlər hibrid avtomobillərə də şamil ediləcək və bu, Brüssel ilə Pekin arasında ticarət gərginliyini daha da artıracaq.
Son illər Çin avtomobil istehsalçıları Avropa bazarında mövqelərini sürətlə gücləndirirlər. Xüsusilə BYD, Chery və SAIC kimi şirkətlərin satışlarının artması Avropa istehsalçıları arasında narahatlıq yaradıb.

































.jpeg)















.jpeg)





