Məşhur iranlı müğənni Parasta Əhmədi və onun yaradıcı qrupunun səkkiz üzvü hicab qaydalarını pozan çıxışlarına görə 74 şallaq cəzasına məhkum ediliblər.
"Unikal" xəbər verir ki, milyonlarla baxış toplayan konsertin videosu sənətçilərin "əxlaqsız məzmun" yaratmaqda ittiham olunduğu məhkəməyə səbəb olub.
Fiziki cəzaya əlavə olaraq, İran məhkəməsi qrup üzvlərinə əlavə, ciddi məhdudiyyətlər tətbiq edib. Növbəti iki il ərzində onların ölkədən çıxışı qadağan edilib və hər hansı peşəkar yaradıcılıq işindən tamamilə məhrum ediliblər.
İnsan hüquqları təşkilatları artıq hökmü əsassız və qəddar adlandırıblar. Fəallar iddia edirlər ki, qadınların oxuması və musiqi yaradıcılığı cinayət hesab edilə bilməz.





































.jpeg)















.jpeg)


