“Avrasiya ölkələrini birləşdirən, xüsusən də enerji təchizat zəncirlərinin etibarlı olmadığı, o cümlədən enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrilən əsas amillərdən biri hesab edildiyi bir vaxtda onlara lazımi enerjini təchiz edən irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən qlobal sahənin mühüm iştirakçısına çevrilib. Bu gün ölkəmiz boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Təbii qazı 16 ölkəyə nəql edən dövlətimizlə əməkdaşlıq edənlərin sayı ilbəil artır və artmaqda davam edəcək”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir. Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, Avropa ilə Asiyanın arasında yerləşən Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və razılaşdırılmış nəqliyyat vətərini yaradır. Ölkəmiz Cənubi Qafqazın lideri kimi Mərkəzi Asiya və digər regionlarla iqtisadi bağlantılarını möhkəmləndirərək tranzit marşrutları, enerji şəbəkələri, rəqəmsal infrastruktur və daha sıx inteqrasiyalar qurur. Həmçinin, beynəlxalq ticarət və investisiyalar üçün də mərkəzə çevrilməyi hədəfləyən ölkəmiz böyük infrastruktur layihələrinə yatırılan investisiyaları artırmağı planlaşdırır. Bu baxımdan, regionlar arasında ortaq maliyyə dili rolunu oynayan İslam maliyyəsi sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını təşviq edir. İİB Qrupu Azərbaycanın regional və qlobal inkişaf hədəflərinə maliyyə dəstəyi verməyi müasir maliyyə siyasətində diqqətdə saxlamağı düşünür.
Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı çıxışında iqtisadiyyatımızın inkişafını müsbət dəyərləndirib. Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Qlobal iqtisadiyyata inteqrasiya şəraitində aparıcı beynəlxalq şirkətlərə və xarici maliyyə qurumlarına, investorlara ölkəmizdə azad fəaliyyət üçün geniş və əlverişli imkanlar yaradılıb. Nəticədə son 20 ildə iqtisadiyyatımıza 350 milyard dollardan çox sərmayə qoyulub ki, onun əhəmiyyətli hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilib. Həmin cəmi sərmayələlərin 50 faizindən çoxu xarici sərmayələrin payına düşür. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
“Dövlət başçısı onu da vurğulayıb ki, hazırda Azərbaycanın maliyyə vəziyyəti çox müsbətdir. Aparılan islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilib, kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb. Son 2 ildə nüfuzlu beynəlxalq iqtisadi institutlar reytinq hesabatlarında ölkəmizin maliyyə vəziyyətinə dair yeni rəy verib. “Moody’s” və “Fitch” ölkəmizin reytinq investisiya səviyyəsi yeniləyərək proqnozu sabitdən müsbətə doğru yeniləyib. Belə ki, “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir”,-deyə Samir Vəliyev vurğulayıb.






.jpeg)














.jpeg)





.jpeg)























