Amerikalı müğənni və bəstəkar Alicia Keys canlı çıxışı zamanı texniki nasazlıqla qarşılaşıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə basketbol komandasının çempionluq paradı çərçivəsində keçirilən konsert zamanı baş verib. Müğənni səhnədə çıxış etdiyi vaxt səs avadanlığında problem yaranıb və musiqi bir neçə dəfə kəsilib.
Buna baxmayaraq, Alicia Keys soyuqqanlılığını qoruyaraq çıxışını dayandırmayıb. O, tamaşaçılarla ünsiyyət quraraq yaranmış fasiləni peşəkar şəkildə idarə edib və qısa müddət sonra texniki problem aradan qaldırılıb.
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkib. Bir çox istifadəçi müğənninin vəziyyətdən uğurla çıxmasını və peşəkarlığını yüksək qiymətləndirib.
Qeyd edək ki, Alicia Keys dünyanın ən tanınmış ifaçılarından biri hesab olunur və çoxsaylı nüfuzlu musiqi mükafatlarının sahibidir.
The entire Knicks roster sang along with Alicia Keys for Empire State of Mind pic.twitter.com/8iKa2GnhBB
— Barstool Sports (@barstoolsports) June 18, 2026





































.jpeg)















.jpeg)


