İngiltərə millisinin kapitanı Harri Keynin 2026-cı il dünya çempionatı formasında “Qızıl buts” nişanı yer alacaq.
"Unikal" xəbər verir ki, “TalkSPORT” nəşrinin məlumatına görə, hücumçu keçmiş uğurlarına görə belə imtiyaza layiq görülən üç aktiv futbolçudan biridir. Nişan FİFA ilə “Fanatics” arasında imzalanan yeni kommersiya layihəsi çərçivəsində təqdim olunur və yalnız bu turnir üçün nəzərdə tutulub.
Keyndən başqa, dünya çempionatlarının keçmiş bombardirləri Xames Rodriges və Kilian Mbappe də eyni statuslu nişana sahibdirlər.
Qeyd edək ki, nişan turnirdən sonra istifadə olunmayacaq və kolleksiya məqsədilə suvenir məhsullarına çevriləcək.








.jpg)













.jpg)
























.jpeg)






