Türkiyənin Avropa Parlamenti (AP) ilə münasibətləri növbəti böhran yaşayır.
"Unikal" xəbər verir ki, Ankara Avropa Parlamentinin üzvlərindən birinin Türkiyənin ədliyyə naziri Akın Gürlekin Aİ-nin sanksiya siyahılarına daxil edilməsi təklifinə kəskin reaksiya verib.
Bu təşəbbüs iyunun 17-də AP səsverməsinə çıxarılacaq “Türkiyə üzrə hesabat” layihəsində yer alır.
Buna cavab olaraq, Türkiyənin ədliyyə naziri Avropa Parlamentinin üzvlərinin Türkiyə məhkəmə sisteminə və şəxsən öz ünvanına tənqidləri “ideoloji qərəzlik”lə əlaqələndirib.
A.Gürlek Avropa Parlamentinin Türkiyə məhkəmə sisteminə hücumlarının uğursuzluğa məhkum olduğuna əmin edib.
“Davam edən cinayət prosesləri ətrafında siyasi kampaniyaların başlaması məqsədlərinə çatmayacaq. Avropa Parlamentinin üzvlərinə hərəkətlərinin etika və şəffaflıq cəhətdən suallarla dolu siyasi keçmişlərinə nəzər salmağı təklif edirəm”, - deyə Türkiyənin ədliyyə naziri qeyd edib.
A.Gürlek vurğulayıb ki, Türkiyə Cümhuriyyəti demokratiya prinsiplərinə sadiq olan müstəqil, suveren dövlətdir, burada qanunun aliliyinə hörmət edilir və əsrlər boyu mövcud olan dövlətçilik ənənələrinə əsaslanırlar: “Türkiyə məhkəmə sistemi Konstitusiya və qanunlara uyğun olaraq qərarlar qəbul edir, hökmlər isə xalqın adından çıxarılır. Avropa Parlamentindəki müəyyən dairələr tərəfindən dəstəklənən siyasi motivli yanaşmalar Aİ qurumlarına olan etimadı sarsıdır. Müstəqil məhkəmələrin qərarları bizim üçün prioritet olaraq qalır. Türkiyə məhkəmə sistemi üzərində təzyiq və ya nəzarət etmək ehtimalı ilə bağlı heç kimin heç bir illüziyası olmamalıdır. Biz qanunun aliliyinə əsaslanaraq bundan sonra da borcumuzu yerinə yetirməyə davam edəcəyik”.
Qeyd edək ki, AP-nin hesabatları tövsiyə xarakteri daşıyır, şəxslərin sanksiya siyahılarına daxil edilməsi isə yalnız bütün Aİ-yə üzv dövlətlərin razılığı ilə mümkündür.











.jpg)









































.jpeg)



