Mingəçevir Dövlət Universiteti ilk dəfə nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinqində iştirak edib.
"Unikal" xəbər verir ki, universitet ilk iştirak ilində Azərbaycan ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Bu nəticə MDU-nun son illərdə keyfiyyətli ali təhsil, elmi fəaliyyətin gücləndirilməsi, beynəlxalqlaşma və institusional inkişaf istiqamətində həyata keçirdiyi ardıcıl işlərin mühüm göstəricisi kimi qiymətləndirilir.
RUR reytinqində universitetlərin fəaliyyəti tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı kimi əsas indikatorlar üzrə dəyərləndirilir. MDU-nun ilk dəfə bu reytinqdə təmsil olunması universitetin qlobal ali təhsil məkanına inteqrasiyası və beynəlxalq görünürlüğünün artırılması baxımından əhəmiyyətli addımdır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti RUR reytinqində dünya üzrə 1198-ci yerdə qərarlaşıb.
MDU bundan sonra da beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək, təhsil və tədqiqat keyfiyyətini yüksəltmək, eləcə də rəqabətqabiliyyətli universitet modelinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.











.jpeg)

























.jpg)




















