ABŞ-nin şimal-qərbində, Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Fox News" televiziya kanalının yerli şöbəsi xəbər verib.

Məlumata əsasən, pilot katapult edərək xəstəxanaya aparılıb. Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Qəza nəticəsində meşə yanğını başlayıb. Xilasedicilər hadisənin baş verdiyi Rimrok gölü yaxınlığındakı istirahət edənləri təxliyə ediblər. Yanğınsöndürənlər yanğını söndürmək üçün cəlb olunub.