Avstraliya millisinin hücumçusu Nestori İrankunda 2026-cı il dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin ilk turunda Türkiyə yığmasına qarşı keçirilən oyunun (2:0) ən yaxşı futbolçusu seçilib.
"Unikal" bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.
20 yaşlı hücumçu qarşılaşmanın 27-ci dəqiqəsində hesabı açıb.
İlk turdan sonra Avstraliya millisi 3 xalla D qrupunda əlavə göstəricilərə görə ABŞ-dən sonra ikinci pillədə qərarlaşıb. Türkiyə yığması isə top fərqinə görə Paraqvay millisini qabaqlayaraq üçüncü yerdədir.






















.jpg)




















.jpeg)













