Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahından imtina etməsi mövzusu gündəlikdən tamamilə və həmişəlik çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) tərəfindən dərc olunmuş bəyanatında deyilir.
"ABŞ və onun müttəfiqlərinin boş anti-Koreya ritorikası, eləcə də razılaşdırılmış təhdidləri bizim nüvə dövləti kimi dəyişməz statusumuza təsir edə bilməz, denuklearizasiya məsələsi yenidən baxılma imkanı olmadan, birdəfəlik bağlanıb", - sənəddə qeyd olunur.
XİN-dən xüsusilə qeyd ediblər ki, ölkənin nüvə silahı sahibi kimi mövqeyi dönməzdir. "Vaşinqton, Tokio və Seul hansı səyləri göstərsə də, KXDR-nin hazırkı mövqeyini dəyişdirə bilməyəcək", - bəyanatda bildirib.
Bundan əlavə, XİN Pxenyanın respublika rəhbərliyi tərəfindən xarici təhdidlərə hazır olmaq və regionda sabitliyi qorumaq üçün qanuni mexanizm kimi baxılan nüvə müdafiə potensialını gələcəkdə də artırmaq niyyətinə diqqət çəkib. "Qeyri-dost dövlətlər tərəfindən nüvə silahının tətbiqi ilə bağlı davamlı təhdidlər fonunda mövcud qüvvə və resursların bütün arsenalından istifadə etməklə hərbi-texniki əks-tədbirlər üzərində iş aparılır", - XİN nümayəndəsi yekunlaşdırıb














.jpg)










































