Azərbaycan Əlillərin hüquqları haqqında Konvensiyanın 19-cu sessiyasının ümumi müzakirələri zamanı 19 dövlətdən ibarət regionlararası qrup (Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Kamboca, Qırğızıstan, Laos, Malayziya, Meksika, Oman, Pakistan, Panama, San-Marino, Səudiyyə Ərəbistanı, Tailand, Şərqi Timor) adından bəyanatla çıxış edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Birgə bəyanatda dünya əhalisinin təxminən 15%-nin əlilliyinin olduğu vurğulanıb və Əlillərin hüquqları haqqında Konvensiyanın bütün hallarda, o cümlədən münaqişədə və münaqişədən sonrakı mühitdə minalardan, müharibənin partlayıcı qalıqlarından və əldəqayırma partlayıcı qurğulardan təsirlənən əlilliyi olan şəxslər üçün insan hüquqlarının qorunmasını təmin etməsinin vacibliyi vurğulanıb.
İştirakçı dövlətlər, xüsusilə milli mina fəaliyyəti potensiallarının yaradılması, inkişafı və effektiv fəaliyyət göstərməsi yolu ilə münaqişə və münaqişədən sonrakı mühitlərdə əlilliyin qarşısının alınmasının təşviqi üçün beynəlxalq dəstəyin sürətləndirilməsinə çağırıblar.
Dövlətlər, həmçinin bütün əlilliyi olan şəxslər üçün təcili və davamlı tibbi yardım, fiziki reabilitasiya və protezləşdirmə, təhsil və iqtisadi reinteqrasiya üzrə milli potensialın gücləndirilməsinin vacibliyini vurğulayıblar.




























.jpg)




.jpg)


















.jpeg)
.jpeg)


