Xalq artisti və iş adamı Emin Ağalarov Azərbaycanda 3 milyon dollara torpaq satın alıb.
"Unikal" xəbər verir ki, Kseniya Sobçakın qonağı olan Emin bu ərazinin "Sea Breeze"də qonşusuna məxsus olduğunu deyib.
O, alqı-satqı səbəbi kimi qonşunun ərazisində çoxlu səs-küyün olmasını göstərib.
“Köhnə "Sea Breeze" ərazisindəki qonşumun yarımçıq tikilisi vardı və ora təxminən 20 it gətirmişdi. İtlər daim hürürdü. Mənim isə mütəmadi qonaqlarım gəlir və orada festival, restoran tədbirləri keçirilir. Bu vəziyyət məni çox narahat edirdi. Səkkiz il davam edən danışıqlardan sonra 30 sot torpaq üçün 3 milyon dollar ödədim. Bu, hətta Barvixadakı (Moskva vilayətində yerləşən elit yaşayış məntəqəsi) qiymətlərdən də bahadır”.
Emin hazırda Azərbaycanda 900-dən çox torpaq sahəsinin olduğunu bildirib.



























.jpg)




.jpg)



















.jpeg)
.jpeg)


