Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət başçısı vəzifəsindən istefa verə və baş nazirliyə namizədliyini irəli sürə biləcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, o bu barədə Belqrad radiosuna açıqlamasında deyib.

"İstefa verməyi planlaşdırıram, sizə xəbər verəcəyəm, heç kim üçün sürpriz olmayacaq", - deyə Serbiya lideri bildirib.

Prezident əlavə edib ki, iqamətgahında çoxsaylı kitablarını yığmağa başlayıb.