Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında müzakirə edilən “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihədə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

- Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

- Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

- Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

- İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi;

- Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi;

- Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

- Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.

Aşağıdakı hakimlərin vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar:

- Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi;

- Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Aşağıdakı hakimlərin vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:

- Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi;

- Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.

Eyni zamanda Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən və Vahid Nəriman oğlu Sadıqov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediliblər.  Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi isə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Anar Kəlbiyev