İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ni ölkənin hava məkanına müdaxilə etməkdə günahlandırıb və Tehranın cavab vermək hüququnu özündə saxladığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı İİKK-yə istinadən məlumat yayıb.
"Amerika ordusu bölgədəki macəralı hərəkətlərini davam etdirərək Fars körfəzi bölgəsindəki İran hava məkanına hücum edib", - məlumatda qeyd olunub.
Keşikçilər Korpusu hava hücumundan müdafiə vasitələrindən istifadə etdiyini və MQ-9 PUA-sını vurduğunu, eləcə də F-35 təyyarəsini və RQ-4 dronunu İran hava məkanını tərk etməyə məcbur etdiyini bildirib.
Gülayə Mecid





















.jpg)























.jpg)
.jpeg)



