"Qadınların rolunu qaldırmaq üçün birinci növbədə rəhbər vəzifələrdə qadınların sayı artmalıdır. 2018-ci ildə 79 qadın 6 kateqoriya üzrə ən yüksək rəhbər vəzifələrdə təmsil olunub. 2025-ci ildə bu rəqəm 65-dir. 14 say aşağı düşüb".
"Unikal" xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Məhkəmələrdə 109 məhkəmə hakimindən 6-sı qadındır. Bu nə deməkdir? Çox aşağı səviyyədə təmsilçilikdir. Qadınların məhkəmə hakimi kimi fəaliyyəti, çalışqanlığı kişilərdən üstündür", - deyə deputat bildirib.
Anar Kəlbiyev





_1771938671.jpeg)























.jpg)




















