Son 24 saat ərzində İsrailin ölkənin cənub və şərq bölgələrinə endirdiyi hava zərbələri nəticəsində ən azı 34 livanlı həlak olub. Daha 62 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan vətəndaşların ümumi sayı 3185-ə, yaralıların sayı isə 9633-ə çatıb", - məlumatda qeyd olunub.
Səhiyyə Nazirliyi qeyd edib ki, xilasetmə qrupları cənubdakı Nəbatiyə əyalətində və Bekaa vadisində bombardman edilmiş yaşayış məntəqələrində dağıntıları təmizləməyə davam edir və itkilərin sayı arta bilər.
Seymur Əli








.jpg)
























.jpg)
.jpeg)















