Prezident Məsud Pezeşkian İranda internet məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı göstəriş verib.
"Unikal" xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi İslam Respublikasının Rabitə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, prezidentin “internetə çıxışın əvvəlki vəziyyətinə qaytarılması” barədə tapşırığı bir müddət əvvəl Rabitə Nazirliyinə göndərilib. Sənədə əsasən, internetə çıxışın 2025-ci ilin dekabr ayının sonu – 2026-cı ilin yanvar ayının əvvəlinədək tam bərpa olunması nəzərdə tutulur.
Beynəlxalq monitorinq xidməti “NetBlocks”un məlumatına görə, İranda internetə çıxış 86 gündən artıqdır ki, faktiki olaraq mövcud deyil.













.webp)






































