"Milan" futbol klubu Massimiliano Alleqrini baş məşqçi postundan qovub.

"Unikal" xəbər verir ki, bu barədə futbol insayderi Nikolo Skira məlumat yayıb.

Mayın 24-də "Milan" İtaliya çempionatının 38-ci turunda "Kalyari"yə 1:2 hesabı ilə uduzub və Çempionlar Liqasında oynamaq şansını əldən verib. 2026/2027 mövsümündə Milan təmsilçisi UEFA Avropa Liqasında çıxış edəcək.

A Seriyası mövsümünün yekunlarına görə, "Milan" 70 xal toplayaraq turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Alleqri İtaliya klubuna 2025-ci ilin may ayının sonunda başçılıq etmişdi. O, daha əvvəl 2010-cu ildən 2014-cü ilə qədər bu komandanı çalışdırıb.