İlk dəfə Dünya Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyəti müəyyənləşib.
"Unikal" xəbər verir ki, yığma Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət heyətlə mübarizə aparacaq.
Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.
Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.


















































