Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marco Rubio telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tətərəflər Hörmüz boğazındakı böhranın diplomatik yollarla həlli təşəbbüslərini, həmçinin Kuba ətrafındakı vəziyyəti müzakirə ediblər.

Qeyd olunub ki, diplomatlar hər iki məsələ ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əvvəl Rubio ABŞ-nin Kuba ilə münasibətləri sülh yolu ilə tənzimləməyə üstünlük verdiyini, lakin bunun çətin olduğunu bildirib. O, həmçinin Kuba hakimiyyətini Vaşinqtonun rəqibi olan ölkələrin kəşfiyyat nümayəndələrinə öz ərazisini verməkdə ittiham edib.

Lavrov isə Rusiyanın Kubaya, o cümlədən humanitar sahədə dəstək verməyə davam edəcəyini açıqlayıb.