Bakıda vətəndaşa "Alisiya Möcüzələr Diyarında" adlı proyekti quracağı ilə bağlı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəməsi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Təqsirləndirilən şəxsin vəkili ərizəni məhkəmə tərkibinə təqdim edib.
Zərərçəkmiş Etimad Mehdiyev bildirib ki, təqsirləndirilən şəxs bütün dəymiş ziyanı ödəyib və ona qarşı heç bir şikayət - tələbi yoxdur.
Daha sonra sübutların tədqiqinə başlanılıb və məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Bu səbəbdən məhkəmə iyunun 12-nə təyin edilib.
Təqsirləndirilən şəxs Seyagi Seymur bildirib ki, özünü təqsirli bilir və əməlindən peşmandır.
Qeyd edək ki, Seymur Seyagiyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ümumi dəymiş ziyan isə 128 min manatdır.
Orxan Rasifoğlu





















.png)












.jpg)










