ABŞ-İsrail arasında İslam Respublikasına qarşı hərbi əməliyyatın başlamasından bəri İran Birləşmiş Ərəb Əmirliklərinə təxminən 3300 raket və pilotsuz uçuş aparatı (PUA) atıb.
"Unikal" xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş deyib.
"İranın hücumu bizim ən pis ssenarimiz idi, amma düşünürəm ki, biz bunun öhdəsindən çox yaxşı gəldik. Biz kifayət qədər möhkəm, çoxqatlı hava hücumundan müdafiə sistemi qurmuşuq. Müharibənin 40 günü və ondan sonrakı müddətdə BƏƏ-ni hədəf alan İranın raket və dronlarının ümumi sayı təxminən 3300-dür", - deyə o, Praqada keçirilən GLOBSEC Forum beynəlxalq təhlükəsizlik konfransında bildirib.
Qarqaşın sözlərinə görə, bu raket və dronların yalnız təxminən 4%-i BƏƏ-dəki hədəflərinə çatıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə də zərbələr endirilib.


















.png)












.jpg)













