Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç vaxt yorğunluq və enerji çatışmazlığı hiss etmədiyini bildirib.
"Unikal" xəbər verir ki, o, bunu "Children's Edition" onlayn nəşrinə müsahibəsində deyib.
"Məndə belə bir hiss yoxdur... Əgər bu keyfiyyəti özünüzdə - özünüzü yormaq üçün deyil - inkişaf etdirirsinizsə, bu, sağlamlığınızı, məhsuldarlığınızı və səmərəliliyinizi qorumaq baxımından ən yaxşı şeydir", - nazir ifadə edib.
Nazirin sözlərinə görə, hər şeyə fəlsəfi yanaşmaq lazımdır. O əlavə edib ki, "səbir (darıxdırıcı hadisələr də daxil olmaqla) diplomat üçün vacib keyfiyyətdir".
Qeyd edək ki, Sergey Lavrovun 76 yaşı var.
Gülayə Mecid


































.webp)



.jpg)











