İki həmyaşıdını öldürməyə cəhddə təqsirləndirilən Firac Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. O, əməlindən peşman olduğunu bildirib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Firac Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə yetkinlik yaşına çatmayanların azadlıqdan məhrumetmə cəzası 10 ilədəkdir.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Firac Hüseynov iki nəfəri bıçaqlayıb.
Xəstəxanaya çatdırılan zərərçəkmişlərin həyatını xilas etmək mümkün olub.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu































.webp)



.jpg)














