"İsti havalarda bədəninizin stresslə mübarizə aparmasına kömək etmək üçün pəhrizinizi nəzərdən keçirmək vacibdir. Daha az kalori qəbul etməli və az bişmiş və ya buxarda bişirilmiş qidalara üstünlük verməlisiniz".

"Unikal" xəbər verir ki, bunu dietoloq və tibb elmləri doktoru Daria Rusakova RT-yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, pəhrizinizdə mütləq kaliumla zəngin qidalar olmalıdır, çünki onlar susuzlaşmanın qarşısını almağa kömək edir.

Mütəxəssis bildirib ki, əsas yeməklər günün ən sərin vaxtında yeyilməlidir - məsələn, səhər yeməyini səhər saat 8-dən əvvəl, naharı səhər saat 11 radələrində, şam yeməyini isə axşam saat 7-dən gec olmayaraq yemək yaxşıdır. Rusakova meyvə, giləmeyvə və tərəvəzlərə üstünlük verməyin vacib olduğunu düşünür:

"Gündə hər birindən ən azı 400 qram yemək lazımdır".

Həkimin məsləhətinə görə, "susuzlaşmanın qarşısını almaq üçün pəhrizinizə kaliumla zəngin qidalar daxil etməlisiniz. Məsələn, istidə ürəyin işini asanlaşdırmaq və dəstəkləmək üçün ərik və ispanaq. Ağır, yağlı ətləri yağsız dərisiz toyuq, hinduşka, balıq və müxtəlif yumurta və paxlalı yeməklər kimi daha yüngül proteinli qidalarla əvəz etmək lazımdır". 

Dietoloq həmçinin mədə-bağırsaq traktının həddindən artıq yüklənməməsi üçün qızardılmış və hisə verilmiş qidaları məhdudlaşdırmağı və bunun əvəzinə pəhrizə  doğramac kimi soyuq şorbalar əlavə etməyi tövsiyə edi. Həkim sonda dondurma və şəkərli qazlı içkiləri minimuma endirməyi də məsləhət görüb, çünki bu qidalar susuzluğa səbəb ola bilər.

Gülayə Mecid