Mayın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədilə Kosalar kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Taleh Qaraşov bildirib ki, vətəndaş-məmur arasındakı qarşılıqlı münasibətlərdə etimad və inamın davamlı olması üçün birbaşa, vasitəsiz və maneəsiz dialoqun qurulması vacibdir ki, səyyar görüş-qəbullar da məhz bu məqsədə xidmət edir. İcra başçısının sözlərinə görə, canlı mexanizim kimi dövlət hər zaman vətəndaşı ilə qarşılıqlı dialoq qurmaq marağındadır və cənab Prezident İlham Əliyevin də ali siyasi iradəsi sosial dövlət quruculuğu və insan amilinin ön planda olması istiqamətindədır.
Taleh Qaraşov qeyd edib ki, dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşılır, dərindən təhlil edilir, qaldırılan məsələlər ümumiləşdirilir, həlli üçün uyğun mexanizmlər və təkliflər irəli sürülür.
ŞİH başçısı yerli insanları səbr və təmkinlə dinləyib, qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti məsul şəxslərə tapşırıqlarını verib.
Kosalar və Bala Şürük kəndlərinin sakinləri fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnun olduqlarını, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.
















.webp)



.jpg)

































