Belçika çempionatında 2025/26 mövsümünün qalibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, Yupiler Pro Liqasının 39-cu turunda “Mexelen”lə heç-heçə edən (2:2) “Brügge” çempionluğunu rəsmiləşdirib.

İvan Lekonun komandasının sona bir tur qalmış 54 xalla mövsümü birinci sırada bitirəcəyi dəqiqləşib.

“Brügge” tarixində 20-ci dəfə ölkə çempionu olub. Klub bu göstəricidə liqa tarixinin ikincisidir. "Anderlext” 34 çempionluqla birincidir.