"Survivor Yunanıstan" yarışmasının çəkilişlərinin aparıldığı Dominikan Respublikasında ağır qəza keçirən iştirakçı Stavros Floros yarışmanın qalibi elan olunub.

"Unikal" xəbər verir ki, hadisə çəkiliş saatlarından kənar vaxtda baş verib. Dənizə girən gənc sürət qayığının vurması nəticəsində ağır xəsarətlər alıb. Qəza zamanı onun ayaqlarından biri amputasiya edilib.

Məşhur teleaparıcı Acun Ilıcalı hadisə ilə bağlı açıqlamasında bunun onlar üçün böyük faciə olduğunu bildirib. O qeyd edib ki, Stavros Floros balıq ovuna gedən zaman sürət qayığı ilə toqquşub və həyatda qalması möcüzə sayılır.

Acun Ilıcalı gənc iştirakçının digər ayağında da ciddi zədələrin olduğunu, müalicəsinin davam etdirilməsi üçün onun Mayamiyə göndəriləcəyini deyib. O, həmçinin hadisə zamanı ilk yardım göstərən Manos adlı şəxsin Stavrosun həyatını xilas etdiyini vurğulayıb.

ABŞ-də müalicəsi davam edən Stavros Floros sonradan “Survivor Yunanıstan” yarışmasının qalibi elan edilib. Yarışmanın təşkilatçıları ona 250 min avro mükafat veriləcəyini açıqlayıblar.