Xəbər verdiyimiz kimi, may ayının 13-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, yanan anbar "Bakı Logistika Mərkəzi"nin ərazisində olsa da, ona məxsus olmayıb. 

Lakin ərazidə digər şirkətlərin də özünün fərdi anbarı yanıb. Sözügedən anbarlardan biri də "MyAnbar" MMC-yə aid olub.

"MyAnbar"ın rəhbəri Anar Kərimov "Unikal"a açıqlamasında bildirib ki, bir sıra şirkətlər mallarını həmin anbarda saxlayıblar. Onun sözlərinə görə, "Bakı Logistika Mərkəzi"nin ərazisindən çıxaraq başqa yerə köçəcəklər. 

Qeyd edək ki, bundan əvvəl yanan anbarın "Bakı Logistika Mərkəzi"nə məxsus olduğu deyilirdi.

Ağarza Elçinoğlu