Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə davam etdirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Şahid qismində Tünzalə Əliyeva dindirilib. O bildirib:

"Şəxsi realdan tanımıram. Onun fotosunu zərərçəkmiş Cahanın telefonunda görmüşdüm. Mən içəri girəndə içəri qan idi. Qışqıraraq ətrafdakıları köməyə çağırdım".

Daha sonra şahidin ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilib.

"O, özünü Cahana subay kimi təqdim edib. Lakin Cahan bunları biləndən sonra aralarında narazılıq yaranıb. 3 ay içində münasibət pisləşib. Mənim nömrəmi tapıb vatsapda yazmışdı ki, əgər Cahan ondan ayrılsa onu öldürəcək".

Şahid onu da bildirib ki, zərərçəkmiş ondan 3 min manat borc alıb:

"Mənə dedi ki, pul lazımdı və sən bankdan pul götür mənə ver. Bildirdi ki, narahat olma vaxtı vaxtında özü ödəyəcək. Mənə dedi ki, bu pul ona Samirin işlərini daha da ağırlaşdırmaq üçündü və bəzi yerlərə ödənişlər edəcək. Zərərçəkmiş pulu qaytarmayıb indi o ödənişləri 7 aydı mən ödəyirəm. Zərərçəkmiş Samirin evli olduğunu bildiyi halda danışırdı".

Ömər Muradov şahid qismində bunları deyib:

"Cahan təzə işə başlamışdı. Samir içəri girəndə dərhal onun üstünə *ığıdı. Samirin əlində hər hansı bir kəsici-deşici alət görməmişəm. Mən təqsirləndirilən şəx/|sin arxasına keçib yumruq və təpik zərbələri endirdim. Lakin bu zərbələr ona təsir etmədi". 

Daha sonra sübutların tədqiqinə başlanılıb. Tədqiq zamanı məlum olub ki, təqsirləndirilən şəxs polisə könüllü təslim olmayıb. 

Lakin təqsirləndirilən şəxsin vəkili vəsatət verərək bildirib ki, müvəkkilini saxlayan Nizami rayon Polis idarəsinin 24-cü polis idarəsinə sorğu yollanılsın. 

Vəsatət təmin edilib. 

Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib. 

Qeyd edək ki, hadisə 2025-ci il noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.

Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan, tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Samir Həsənova qarşı 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu