"Əgər mən AİB-ə (Avrasiya İqtisadi Birliyi) qarşı siyasət yürütsəydim, o, indi iflic vəziyyətinə düşərdi. Çünki AİB-də qərarlar konsensus yolu ilə qəbul edilir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

"Əgər mən bu qərara qarşıyamsa, AİB-də heç bir qərar qəbul edilə bilməz. Buna görə də, əgər mən AİB-ə zidd hərəkət etsəydim, bu gün AİB bir təşkilat olaraq iflic vəziyyətində olardı, fəaliyyət göstərməzdi. AİB iflic vəziyyətində deyil, bu o deməkdir ki, mən AİB-ə zidd hərəkət etmirəm", - deyə Paşinyan qeyd edib. 

Ağarza Elçinoğlu