"1 mart işi açılıb,  bütün detalları ilə açılıb. Əsa məsələ isə odur ki, hüquq-mühafizə sistemimiz dəstənin başçısı Robert Köçəryanı hüquqi məsuliyyətə cəlb etməlidir. Qısası, Robert Köçəryan (hazırda ölkənin keçmiş prezidentinin rəhbərlik etdiyi “Ermənistan” blokunun deputatlığa namizədlər siyahısına rəhbərlik edir – red.) həbsdə olmalıdır”.

"Unikal" xəbər verir ki, bunu seçkiqabağı təşviqat zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. 

Onun sözlərinə görə, bu baş verməyənə qədər hakimiyyət Ermənistanda ədalətli məhkəmə sisteminin mövcud olduğuna heç kimi inandıra bilməyəcək.

"Ünvanıma səsləndirilən və cavab verməkdə ən çox çətinlik çəkdiyim ittiham budur: insanlar soruşurlar ki, nə üçün Robert Köçəryan azadlıqdadır", -  deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, “1 mart işi” Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra baş verən qanlı hadisələrlə bağlı cinayət işidir.

Gülayə Mecid