Paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Həsən Əliyev küçəsindəki tuneldə avtomobillər toqquşub.

Qəza nəticəsində sürücülərdən biri nəqliyyat vasitəsində sıxışıb qalıb. 

Hadisədən sonra yolda abtomobillərin hərəkətində sıxlıq yaranıb. 

Əraziyə DYP və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Ağarza Elçinoğlu