Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
"Unikal" xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən qarşılaşmada "qartallar"ın 1:0 hesablı üstünlüyü davam edir.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
XXX
20:47
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.
"Unikal" xəbər verir ki, "qartallar" "Palms Sports Arena"dakı qarşılaşmada fasiləyə 1:0 hesbaı ilə öndə yollanıblar.
Qolu 4-cü dəqiqədə Eren Aydın vurub.
XXX
20:05
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda hesab açılıb.
"Unikal" xəbər verir ki, "Palms Sports Arena"da "qartallar" hesabda irəli çıxıblar.
4-cü dəqiqədə Eren Aydın fərqlənib.
XXX
20:00
Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyunu start götürüb.
"Unikal" xəbər verir ki, saat 20:00-da “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.
Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.













.jpg)















.jpg)

























.jpeg)
