Əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları - İgor Zabolotski və İlnur Valıtovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, İ. Zabolotski və İ.Valıtov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə məhkəməyə təqsirləndirilən şəxslərin 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, onlar qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 min manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər.
Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib.
Orxan Rasifoğlu






.jpg)





.jpg)















.jpeg)










 (1).jpeg)






