Lənkəranda 3 avtomobil toqquşub.

"Unikal" xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında Lənkəran rayonunun Şiləvar kəndi ərazisində qeydə alınıb. 

Səhəd Dədəyev idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Yasir Əzizadə idarə etdiyi "Volvo" markalı yük avtomobili toqquşub. 

Bundan sonra idarəetməni itirən "VAZ 2107" markalı minik avtomobil, Əli Ramazanovun idarə etdiyi "Toyota Prius" markalı minik avtomobilə, daha sonra yol kənarındakı dirəyə dəyib. Qəza nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsinin sürücüsü diz və burun nahiyəsindən xəsarət alıb. 

Araşdırma aparılır.

Xəlil Əliyev