Livanda Məryəm Ananın heykəlini təhqir etdiklərinə görə iki İsrail əsgəri həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Onlardan biri siqareti heykəlin ağzına qoyub, digəri isə şəkli çəkib.
Şəkil çəkdirən əsgər 21 gün, şəkli çəkən əsgər isə hərbi həbsxanada 14 gün keçirəcək.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Ariella Mazor vurğulayıb ki, ordu bu hadisəni çox ciddi qəbul edir, din və etiqad azadlığına, eləcə də bütün dinlərin və icmaların müqəddəs yerlərinə və dini simvollarına hörmətlə yanaşır.
Ağarza Elçinoğlu

































.jpeg)
















