Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) atəşkəs elan olunduğu bir vaxtda İrana hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti yazıb. 

Nəşrin məlumatına görə, Əbu-Dabinin hücumlarının hədəflərindən biri aprelin əvvəlində İranın Fars körfəzindəki Lavan adasında neft emalı zavodu olub.

WSJ yazır ki, bu hücum ABŞ və İran arasında atəşkəs elan edildiyi vaxt baş verib.