Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qobuqıraq kəndindən keçən hissəsində baş verib.
Belə ki, “VAZ” markalı minik avtomobili piyada 1966-cı il təvəllüdlü T.Məmədovu vurub. Yaralı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.
Asiman Qaraca




















.jpeg)






















.jpg)









