"Prezident İlham Əliyevin “biz istəməsəydik, sülh olmazdı” fikri Azərbaycanın regionda formalaşdırdığı siyasi iradənin göstəricisidir"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Zəngilandakı çıxışında verilən mesajlar həm regional güclərə, həm də Ermənistanın siyasi elitasına ünvanlanıb: "Azərbaycan yalnız hərbi meydanda deyil, siyasi-diplomatik müstəvidə də gücünü nümayiş etdirdi. Prezidentin xüsusi vurğuladığı məqamlardan biri də ultimatum məsələsi idi. Məhz Ali Baş Komandanın verdiyi ultimatum nəticəsində Ağdam, Laçın və Kəlbəcər hərbi əməliyyat aparılmadan azad edildi”.

Deputat həmçinin qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq humanitar hüquq prinsiplərinə uyğun aparılıb: "Hesablamalara görə, Azərbaycana vurulan ziyan 150 milyard ABŞ dolları həcmindədir.

Fransa müxtəlif regionlarda uğursuzluqlarla üzləşdikdən sonra yeni geosiyasi təsir məkanları axtarır və Ermənistanı növbəti forpost kimi görür. Prezident Makronun ritorikası ilə real siyasəti arasında ciddi fərq var".

Ağarza Elçinoğlu