Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb.

"Unikal" xəbər verir ki, səs yazısında Mirzoyanın Paşinyanın qulağına “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir. 

Xarici işlər naziri danışarkən Baş nazir mikrofonun açıq olduğunu bildirir. 

Daha sonra bu barədə danışan Paşinyan söhbətin Türkiyədən Ermənistana mal ixracı qaydalarının dəyişdirilməsindən getdiyini açıqlayıb.