İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, deputatlar məlumatla bağlı fikirlərini bildiriblər.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

***11:44

Milli Məclisin plenar iclası keçirilir.

"Unikal" xəbər verir ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirə olunur.

Sənədi Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

Anar Kəlbiyev