Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 55 kiloqram 574 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
