Bu gün “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edib.

"Unikal" xəbər verir ki, matçın 14-cü dəqiqəsində Coy Lens Mikelsin penaltidən vurduğu zərbəni "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf edib.

Oyunun 44-cü dəqiqəsində "Sabah"ın futbolçusu Abdulla Xaybullayev hesabı açıb.

Görüşün 46-cı dəqiqəsində isə qolun müəllifi A.Xaybullayev qırmızı vərəqə alaraq meydandan qovulub.

Qarşılaşma "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. 

***09:23

Misli Premyer Liqasında 28-ci turun növbəti matçları bu gün keçiriləcək.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. 

Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.