2026-cı il Avropa Fərdi Şahmat Çempionatı Polşanın Katovise şəhərində davam edir. 

"Unikal" xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı turnirin lideridir.

O, mümkün yeddi xaldan 6 xal toplayaraq erməni və digər rəqiblərini üstələməyi bacarıb.

Ermənistan şahmatçıları Şant Sarkisyan və Hayk Martirosyan 5,5 xal toplayıblar. 5 xalla liderlər arasında qrossmeysterlər Robert Ovannisyan və Emin Ohanyan da var. Qrossmeysterlər Mamikon Qaribyan, Manuel Petrosyan, beynəlxalq ustalar Arsen Davtyan, Vahe Sukiasyan, Artur Davtyan, Robert Piliposyan, eləcə də FİDE ustası Tiqran Hambardzumyanın 4,5 xalı var. Qabriel Sarkisyanın isə 4 xalı var. 

8-ci tur 15 apreldə Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ağarza Elçinoğlu